AZ

Qurban bayramına qədər veteranlara verilən pul 150 manata QALDIRILIR? - AÇIQLAMA

Qurban bayramına qədər veteranlara verilən pul 150 manata QALDIRILIR? - AÇIQLAMA

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və rəsmi laraq "Müharibə veteranı" statusu almış şəxslərlə bağlı ən son statistika məlum olub. Hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180.476 nəfər rəsmi olaraq "Müharibə veteranı" statusu daşıyır. Dövlət Statistika Komitəsi bununla bağlı məlumat yayıb. Bura həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçıları daxildir. Müharibə veteranlarına ayda 80 manat təqaüd verilir.

Bu gün isə ən çox verilən suallar arasında veteranlara verilən müavinətin artırılmasıdır. Qarşıda isə Qurban bayramı gedir. Azərbaycanda Qurban bayramına qədər veteranlara verilən müavinətin məbləği 150 manata qədər arta bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Rəşad Həsənov deyib ki, hazırda bu istiqamətdə gedən ictimai müzakirələr, eyni zamanda aidiyyəti dövlət qurumlarının verdiyi mesajları təhlil etmiş olsaq, qısa və yaxın müddətli dövrdə veteranlara verilən məbləğin ayrılacağını düşünmür:

"Çünki bu istiqamətdə bir neçə mühüm məqam vardır. Onlar biri ilk olaraq veteranların sayının çox olmasıdır. Hökumət müvafiq artımların büdcə üçün böyük bir maliyyə yükü formalaşdırdığını iddia edir. Bu məsələyə görə, son bir neçə ildə müvafiq sosial müavinətin artırılmaması müşahidə olunur. Eyni zamanda başqa təşəbbüslərdə var ki, müxtəlif formalarda ictimailəşir. Belə ki, veteranlara birdəfəlik ödənişin edilməsi və müvafiq müavinətin aradan qaldırılması kimi fikirlər var. Bütün bunlar onu göstərir ki, yaxın müddətli dövrdə ən azından 2024-cü ildə bu müavinət növü artırılmayacaq".

Ekspertin sözlərinə müavinətin xüsusiyyətini və təyinatını nəzərə almış olsaq, bu məbləğ nəqliyyat xərclərini və kommunal xərclərin kompensasiyası məqsədilə yaradılıb:

"Daha yaxşı olar ki, bu kimi mübahisələrin ortaya çıxmaması üçün müavinətin növü ilə bağlı konkret metodologiya formalaşdırılsın. Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı vardır. Orada bir vətəndaş üçün orta aylıq kommunal xidmət xərcləri (qaz, su, elektrik sərfiyyatı və nəqliyyat xərcləri) əsas götürülməklə, Tarif Şurasının qərarlarına istinad etməklə məhz müavinətin məbləği müəyyənləşdirilə bilər. Ümumiyyətlə prinsip etibarilə Tarif Şurasının qərarı ildə birbaşa olaraq müavinətin məbləği əlaqələndirilməlidir. Tarif Şurası qərar qəbul etdikdən sonra, müvafiq nisbətdə müavinətin məbləği artırıla bilər. Bu həm də mübahisələrin aradan qalxmasına, həm də sosial ədalətin bərpasına gətirib çıxara bilir".

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
50
sonxeber.az

10Mənbələr