AZ

“iPhone”un ən bahalı və ən nazik modeli TƏQDİM EDİLƏCƏK

“Apple” şirkəti ən bahalı telefon modelini təqdim edəcək. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ən bahalı model “iPhone 17” olacaq.


Şirkət artıq “iPhone 17 Pro Max”ın buraxılışını planlaşdırıb. Bildirilib ki, bu modelin qiyməti indiyə qədər buraxılmış bütün modellərdən baha olacaq. Lakin şirkət qiyməti açıqlamayıb. Hazırda “Apple”ın ən bahalı telefonu qiyməti 1200 dollar olan “iPhone 15 Pro Max”dır. Adıçəkilən yeni modelin dəyəri bu qiymətdən yüksək olacaq. O həmçinin brendin ən nazik smartfonu olacaq. 


Xatırladaq ki, bu ilin mayın 7-də şirkət özünün ən nazik məhsulunu - korpus qalınlığı 5,1 millimetr olan “iPad Pro” planşetini təqdim edib. “iPhone 17 Pro Max” da nazik olmaqla bərabər  6,7 düymdən böyük olmayan ekrana sahib olacaq. Bu model 2025-ci ildə təqdim ediləcək. 


“Apple” gələn ilə qədər isə “iPhone”nun 16 və 16 Plus, eləcə də “iPhone” 16 Pro və 16 Pro Maks modellərini satışa buraxacaq.


Vasif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
50
sfera.az

10Mənbələr