AZ

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

Azərbaycan Respublikası Atçılıq Federasiyasının ilk dəfə təşkil etdiyi Peşəkar Çövkən Liqasına start verilir.

Milli atların iştirakı ilə 10 peşakar çövkən komandası mövsüm ərzində çempionluq uğrunda mübarizə aparacaq.

Tədbirin unudulmaz perfomansı Qarabağ atlarının bu il Londonda göstərdiyi canlı şousudur. Rəsmi hissədən sonra azarkeşləri 2 maraqlı oyun gözləyir.

Qeyd edək ki, açılış mərasimi Binə Atçılıq Mərkəzində mayın 21-də saat 14:00-da başlanacaq. Yarış "CBC Sport"la canlı yayımlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
7
cbcsport.az

10Mənbələr