AZ

Peşəkar Çövkən Liqası start götürür

Azərbaycan Respublikası Atçılıq Federasiyasının ilk dəfə təşkil etdiyi Peşəkar Çövkən Liqasına start verilir.

Fanat.Az xəbər verir ki, milli atlarımızın iştirakı ilə 10 peşəkar çövkən komandası mövsüm ərzində çempionluq uğrunda mübarizə aparacaq.

Açılış mərasimi mayın 21-də Binə Atçılıq Mərkəzində olacaq və saat 14:00-da başlanacaq. Arenaya giriş sərbəstdir.

Tədbirin unudulmaz performansı Qarabağ atlarının bu il Londonda göstərdiyi canlı şou olacaq. Rəsmi hissədən sonra azarkeşləri 2 maraqlı oyun gözləyir.

Seçilən
130
7
fanat.az

10Mənbələr