AZ

Foden "Mançester Siti" klubunun tarixinə düşüb

Fil Foden İngiltərənin "Mançester Siti" klubunun tarixinə düşüb.

"Report" "Squawka"ya istinadən xəbər verir ki, futbolçu cari mövsümdə cərimə meydançası xaricindən 6 qola imza atıb ki, bu, "Mançester Siti"nin Premyer Liqa tarixində ən yaxşı göstəricisidir.

23 yaşlı yarımmüdafiəçi bu rekordu Premyer Liqanın 38-ci turu çərçivəsində baş tutan "Vest Hem" klubu ilə matçda müəyyənləşdirib. "Etihad" stadionunda keçirilən matç mançesterlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Foden 18-ci dəqiqədə komandasının ikinci qolunu vuraraq dubl müəllifi olub.

Qeyd edək ki, bu mövsüm Foden bütün yarışlarda meydana çıxdığı 50 oyunda 26 qola və 11 məhsuldar ötürməyə imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
40
report.az

10Mənbələr