AZ

“Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq” – Rəşad Sadıqov

“Zirə” Azərbaycan Premyer Liqasının 35-ci turunda səfərdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib.

Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Rəşad Sadıqov mətbiuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Gərgin oyunun şahidi olduq. Oyuna yaxşı köklənmişdik. Meydanın şəraitini nəzərə alsaq, regionlarda günəşdə oynamaq çətindir. Bunu oyunun gedişində hiss edirdik. Lazım olan qələbəni qazandıq. Təhlükəli hücumlarımız var idi. Qapımızda qol epizodu vermədən oyunu başa vura bildik. Qarşıda bizi “Səbail”lə bundan da vacib oyun gözləyir.

– Əcnəbi VAR hakimkərinin Premyer Liqa oyunlarına təyinatını necə dəyərləndirirsiniz?

– Məsələ bizim hakimərin səhv etməsi ilə bağlı deyil. Cəmiyyətdə qəribə fikir formalaşıb ki, əcnəbilər gəlib deyə biz öz hakimlərmizə güvənmirik. Əcnəbi məşqçi, futbolçu gətirə biliriksə, hakim də gətirmək olar. Çempionatda 5-6 səviyyəli hakim var. Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq. Bu praktikanı Türkiyədə də reallaşdırdılar. Son turlarda gərginlik artır. Əcnəbi hakimlərin futbolumuza ziyanı olmayacaq. Sabah ola bilər ki, 10-12 yaxşı hakimimiz oldu. O zaman xaricilərə ehtiyac qalmayacaq. (sportal)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
40
msport.az

10Mənbələr