AZ

İran prezidentini aparan helikopterdən əlaqə saxlayan Təbrizin cümə imamı olub

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparanhelikopterin sərt enişindən sonra mobil telefonla əlaqə saxlayanşəxs İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi və Təbizin cüməimamı Məhəmməd Əli Ali Haşim olub.

Trend-inməlumatına görə, bunu İranın xarici işlər nazirinin müavini MehdiSəfəri deyib.

Onun sözlərinə görə, Təbrizin cümə imamı iki dəfə əlaqə saxlayıbvə vəziyyətinin ağır olduğunu elan edib. O həmçinin uzaqdan təciliyardım maşınının səsini eşitdiyini deyib.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlərnaziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrənümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətininvalisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterinsərt eniş etdiyi bildirilir. Qəzadan sonra helikopterlə iki dəfəəlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
4
az.trend.az

10Mənbələr