AZ

Helikopterdəki iki şəxslə əlaqə yaradıldı

İran Prezidenti İbrahim Rəisinin helikopterindən olan iki sərnişinlə əlaqə yaradılıb.

Publika.az İRNA-ya istinadla xəbər verir ki, bu barədə İslam Respublikasının icra işləri üzrə vitse-prezidenti Möhsün Mənsuri bildirib.

“Bir neçə dəfə helikopterdə olan iki nəfərlə əlaqə saxladıq. Belə görünür ki, bu, ciddi hadisə deyil”, – jurnalistlər onun sözlərini sitat gətiriblər.

Qeyd edək ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. Helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
141
4
publika.az

10Mənbələr