AZ

Türkiyə yaxın illərdə qaz ticarət mərkəzinə çevriləcək - Bayraktar

Mayeləşdirilmiş təbii qaz (LNG) infrastrukturu genişləndikcə və mənbələri daha da şaxələndikcə Türkiyə yaxın illərdə avtomatik olaraq qaz ticarət mərkəzinə çevriləcək.

Musavat.com xəbər verir ki, bunu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar TRT telekanalına açıqlamasında deyib.

Onun sözlərinə görə, qazın şaxələndirilməsi strategiyasının tərkib hissələrindən biri də mayeləşdirilmiş təbii qazın alınmasıdır: “Biz son səkkiz ildə o qədər sərmayə qoymuşuq ki, mayeləşdirmə müəssisələrimizin gücü 160 milyon kubmetrə çatıb Bu, ehtiyac duyduğumuz qazın həcminin yarısını LNG şəklində asanlıqla idxal edə bilməyimizə imkan verir. Eyni zamanda bizim bu mayeləşdirilmiş qazı tankerlərlə satmaq üçün hazır qanunvericilik bazamız var.

Nazir xatırladıb ki, ABŞ-da LNG tədarükü ilə bağlı razılaşmalar əldə olunub: “Azərbaycanla tədarük həcminin artırılması ilə bağlı razılaşmalar var, türkmən qazının Türkiyəyə tədarükü layihəsi var”. Onun sözlərinə görə, bütün bunlar beynəlxalq qaz ticarət mərkəzi layihəsinin tərkib hissəsidir.

Nazir “Türk axını” boru kəmərini “təbii qaz mənbələrinin şaxələndirilməsi üçün Türkiyənin ən mühüm layihələrindən biri” adlandırıb: "Əvvəllər qazın bir hissəsini Rusiyadan alırdıq - Ukrayna, Moldova, Rumıniya və Bolqarıstandan tranzitlə. İndi belə tranzitə ehtiyac yoxdur və biz bu qazı birbaşa Qara dənizdən alırıq. Bizim kommersiya, texniki və hüquqi infrastrukturumuz və çox yaxşı işləyən enerji birjamız var. Biz Bolqarıstan, Macarıstan və Rumıniyaya qaz satırıq. Bütün bunlar ölkəmizi qaz ticarəti mərkəzinə çevirir. Biz yeraltı LNG anbarlarımızın həcmini artırmaq istəyirik. 2028-ci ilə qədər anbarlar 5,8 milyarddan 12 milyard kubmetrə çatacaq. Biz qazın 25 faizini mayeləşdirilmiş formada saxlaya biləcəyik.
Alparslan Bayraktarın sözlərinə görə, Türkiyə qaz mərkəzi layihəsini strateji hesab etməyə davam edir: “Bunu inkişaf etdirmək üçün bizə daha çox mənbə lazımdır, biz Bolqarıstan və Yunanıstana ixrac imkanlarını genişləndirməliyik".

Bayraktar həmçinin qeyd edib ki, qaz və digər enerji ehtiyatlarının yerli istehsalı birbaşa qaz ticarət mərkəzinin və enerji birjasının işi üçün o qədər də vacib deyil: “Əlbəttə, bizim öz enerji resurslarımızdan, qazımızdan, neftimizdən, bərpa olunan enerji mənbələrindən istifadə etmək vacibdir. Lakin digər tərəfdən, enerji resurslarını mümkün qədər şaxələndirmək lazımdır müxtəlif ölkələr və müxtəlif formalarda. Azərbaycan qazı Türkiyəyə iki ayrı xəttlə gəlirdi, indi üçüncü xətt var – İqdır-Naxçıvan”.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
12
musavat.com

10Mənbələr