AZ

Cəlilabadda bıçaqlanan şəxslərin vəziyyəti açıqlanıb - YENİLƏNİB2

Cəlilabadda bıçaqlanan şəxslərin vəziyyəti açıqlanıb. Rayon Mərkəzi Xəstəxanasından SİA-nın Muğan bürosuna bildirilib ki, bu gün saat 11:30 radələrində xəsarət alması səbəbilə 2006-cı il təvəllüdlü (kişi cinsli) şəxs xəstəxanasın Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Ona belin sol hissəsinin kəsilmiş, deşilmiş yarası, sol biləyin ön səthinin kəsilmiş yarası diaqnozu təyin edilib. Xəsarət alan şəxsə cərrahi müdaxilə olunub, hazırda vəziyyəti stabildir.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, 2007-ci il təvəllüdlü şəxs xəstəxananın cərahiyyə şöbəsinə yerləşdirilib və həkim nəzarəti altındadır.

Faktla bağlı araşdırmalar davam etdirilir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
1
sia.az

10Mənbələr