AZ

HadisəCəlilabadda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Cəlilabad rayonunda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Cəlilabad rayonunun Alar kəndi ərazisində həmin kəndin sakinləri, 2006-cı il təvəllüdlü İ.Nağıyev və bir nəfər yeniyetməyə kəsilmiş-deşilmiş xəsarətlər yetirməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, 2005-ci il təvəllüdlü R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

12:33

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayon sakini, 2007-ci il təvəllüdlü H. Salamzadə münaqişə zəminində müxtəlif bıçaq xəsarətləri alıb.

O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya sağ döş qəfəsinin nüfuz edən yarası və sağ budun yuxarı 3/1-nin yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
12
far.az

10Mənbələr