AZ

Zaqatalada avtomobil ağaca çırpılıb - xəsarət alan var

Zaqatalada minik avtomobili ağaca çırpılıb, xəsarət alan var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə günorta saat 13 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Muğanlı kəndinin girişində baş verib.

Hərəkətdə olan "VAZ 21015" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Qandax kənd sakini 1986-cı il təvəllüdlü Ramil Eldar oğlu Babayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib. R. Babayevin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır./apa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
7
bakivaxti.az

8Mənbələr