AZ

Şəkidə avtomobil aşdı - Əmioğlanları xəsarət aldı

Gecə saatlarında Şəki rayonunyn Sarıca kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Şəkinin Sarıca kənd sakibi 49 yaşlı İbrahim Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı xəndəyə aşıb. 

Bu zaman sürücü ilə yanaşı avtomobildə olan əmisi oğlu 51 yaşlı Niyaz Əliyev də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə şahidlərinin köməyi ilə qəzada xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib və hazırda müalicələri davam etdirilir. 

Qəzanın təfərrüatları rayon polis şöbəsində araşdırılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
7
bizim.media

8Mənbələr