AZ

Kürdəmirdə 40 yaşlı kişi sirkə turşusundan ZƏHƏRLƏNİB

Kürdəmirdə 40 yaşlı kişi sirkə turşusu içərək zəhərlənib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. 

Belə ki, rayonun Mürtülü kənd sakini 1984-cü il təvəllüdlü Quliyev Elçin Baha oğlu səhvən sirkə turşusu içərək zəhərlənib. Yaxınları onu dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Həkimlər ona ilkin tibbi yardım göstərsələr də vəziyyəti ağır olduğundan onu Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriblər.

Hazırda fakt araşdırılır.

Bizim.Media, Aran bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
250
6
bizim.media

6Mənbələr