AZ

18 yaşlı qız dərmandan zəhərləndi

Kürdəmirdə 18 yaşlı qız dərmandan zəhərlənib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Buraxanova Heyran Vüqar qızı müalicə üçün qəbul etdiyi dərmanı səhvən bir neçə dənə artıq qəbul edib.

Bu zaman o zəhərlənib. Yaxınları onu dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar. Hazırda onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Fakt araşdırılır.

Bizim.Media, Aran bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
120
6
bizim.media

6Mənbələr