AZ

"Real" dünya çempionunu transfer edir

"Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister karyerasını "Real Madrid"də davam etdirə bilər.

 90deqiqe.Az-ın “"TyC Sports"a istinadən məlumatına görə, mersisaydlılar futbolçu ilə bağlı sorğular alsa da, hələlik Los Blankosdan heç bir təklif gəlməyib. "Real Madrid", Toni Kroos və Luka Modriçin komandanı tərk etmə ehtimalı olan növbəti mövsümdən sonra 25 yaşlı futbolçunu transfer etmək istəyir.

Aleksis Mak Allister 2023-cü ilin yayından “Liverpul”da çıxış edir. Argentinalı yarımmüdafiəçi əvvəllər “Brayton”da çıxış edib. Bu mövsüm 25 yaşlı futbolçu bütün turnirlərdə 43 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Nüfuzlu Transfermarkt internet portalı Aleksisin bazar dəyərini 70 milyon avro qiymətləndirir.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
22
90deqiqe.az

10Mənbələr