AZ

Baş naziri gülləyən şəxs sabah hakim qarşısına çıxarılacaq

Slovakiyanın baş naziri Robert Fitsoya sui-qəsddə şübhəli bilinən şəxs mayın 18-də məhkəmə qarşısına çıxarılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə məhkəmənin mətbuat katibinə istinadən məlumat yayılıb.

Onun sözlərinə görə, məhkəmə mayın 18-nə təyin edilib.

Prokurorluq adam öldürməyə cəhddə təqsirləndirilən şübhəlinin həbs olunmasını istəyib.

Bildirilir ki, şübhəlinin işinə ən səs-küylü işlərin təhvil verildiyi Pezinok şəhərinin (Qərbi Slovakiya) xüsusi cinayət məhkəməsi baxacaq.

Təqsirləndirilən şəxsi ömürlük həbs cəzası gözləyir.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
195
3
teleqraf.com

10Mənbələr