AZ

Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq

Slovakiyanın baş naziri Robert Fitsoya sui-qəsddə şübhəli bilinən şəxs mayın 18-də məhkəmə qarşısına çıxarılacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat katibinə istinadən məlumat yayılıb.

Onun sözlərinə görə, məhkəmə mayın 18-nə təyin edilib.

Prokurorluq adam öldürməyə cəhddə təqsirləndirilən şübhəlinin həbs olunmasını istəyib.

Bildirilir ki, şübhəlinin işinə ən səs-küylü işlərin təhvil verildiyi Pezinok şəhərinin (Qərbi Slovakiya) xüsusi cinayət məhkəməsi baxacaq.

Təqsirləndirilən şəxsi ömürlük həbs cəzası gözləyir. /oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
5
nocomment.az

10Mənbələr