AZ

Minlərlə insan İŞSİZ QALACAQ

Minlərlə
Yaponiyanın elektronika istehsalçısı "Toshiba" ölkədəki işçilərin 6 faizini - 4 min əməkdaşı ixtisar edəcək.

Ulusum.az xəbər verir ki, "Toshiba" son maliyyə itkilərinə görə yenidən strukturlaşacaq və personalın sayını azaldacaq.

Müvafiq olaraq, şirkət noyabr ayına qədər ölkədə 4 min işçini ixtisar edəcək. "Toshiba"nın Baş İcraçı Direktoru (CEO) Şimada Taro bildirib ki, işdən çıxarılma ağrılı bir qərardır:

"Bu, "Toshiba"nın daha 100 il yaşaya bilməsi üçün lazımdır. Öz kapital resurslarını infrastruktur, enerji və rəqəmsallaşma kimi böyümə sahələrinə yönəldəcək "Toshiba", törəmə şirkətləri inteqrasiya edərək lazımsız əməliyyatları azaltmağı planlaşdırır".

Qeyd edək ki, statistikaya görə, şirkət 2023-cü ilin aprelindən 2024-cü ilin mart ayına qədər 481 milyon dollar zərər edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
3
ulusum.az

9Mənbələr