AZ

Toshiba minlərlə işçisini İXTİSAR EDƏCƏK

Yaponiyanın elektronika istehsalçısı Toshiba 4 min işçisini ixtisar edəcək ki, bu da ölkədəki işçilərin sayının 6 faizinə bərabərdir.

Bakıvaxtı.az bu barədə xarici mətbuta istinadla xəbər verir.

Qurumdan bildirilib ki, son maliyyə itkilərinə görə şirkət yenidən strukturlaşacaq və personalın sayını azaldacaq.

Toshibanın Baş İcraçı Direktoru Şimada Taro işdən çıxarılmaları “ağrılı bir qərar” kimi qiymətləndirərək, bildirib ki, bu, şirkətin daha 100 il yaşaya bilməsi üçün lazımdır.

Güclü bir məsuliyyət hiss etdiyini qeyd edən Şimada, şirkətin islahatlarla "insanların ehtiyac duyduğu bir işə çevrilməsi"nin lazımlığını vurğulayıb.

Öz kapital resurslarını infrastruktur, enerji və rəqəmsallaşma kimi böyümə sahələrinə yönəldəcək Toshiba, törəmə şirkətləri inteqrasiya edərək lazımsız əməliyyatları azaltmağı planlaşdırır.

Yapon elektronika istehsalçısı 2023-cü maliyyə ilində 2023-cü ilin aprel-2024-cü ilin mart aylarını əhatə edən 74,8 milyard yen (481 milyon dollar) xalis zərər qeyd etdiyini açıqlayıb.

Murad Məmmədli

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
2
bakivaxti.az

9Mənbələr