AZ

Budapeştdən Kiyevə zərbə: Zelenskinin bu planı bloklandı

Budapeşt Ukraynadakı münaqişənin həlli ilə bağlı Avropa Şurasının (AŞ) qətnaməsinə veto qoyub, çünki orada yalnız Kiyevin irəli sürdüyü “sülh formulu” qeyd edilib.

Publika.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün “Facebook” səhifəsində bildirib.

“Bu gün Şura yalnız prezident Zelenskinin sülh planını nəzərdən keçirməli və dəstəkləməli olan qətnamə qəbul etmək istədi. Bu, bizim üçün qəbuledilməzdir. Digərləri də Ukrayna prezidentinin hazırladığından pis olmayan sülh planları hazırlayıblar”, - diplomat bildirib.

Siyarto xatırladıb ki, o, qətnamə layihəsinə digər ölkələrin sülh təşəbbüslərinin də daxil edilməsini təklif edib. Onun təklifi əksəriyyət tərəfindən rədd edildiyi üçün Macarıstan sənədi bloklamaq qərarına gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
17
publika.az

10Mənbələr