AZ

Ukrayna üzrə sülh konfransının yeri və tarixi açıqlandı: Kimlər dəvət olunub?

İsveçrə Xarici İşlər Nazirliyi Ukrayna üzrə sülh konfransının tarixini və yerini təsdiqləyib.

Publika.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, tədbir 15-16 iyun tarixlərində Bürgenstokda baş tutacaq.

Sammit son aylarda aparılan müzakirələrə əsaslanacaq. Xüsusilə, Zelenskinin “sülh formuluna” əlavə olaraq, “ BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanan digər sülh təklifləri də müzakirə ediləcək.

Görüşün məqsədi gələcək sülh prosesini stimullaşdırmaq olub. Buna nail olmaq üçün “hər iki tərəfi gələcək sülh prosesinə cəlb etmək” planlaşdırılır.

Bu mərhələdə tədbirə Yeddilik Qrupu (G7), İyirmilik Qrupu (G20) və BRİKS ölkələri, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT və Avropa Şurası, bundan əlavə, Vatikan və Konstantinopol Patriarxı da dəvət alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
1
publika.az

10Mənbələr