AZ

Ölkəmizdə daşqın hadisələri buna görə artdı - Tağıyeva

Hökumətlərarası ekspert qrupunun son hesabatlarında iqlim dəyişikliyinin sürətlənməsinə diqqət yetirilir.

Axar.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes” Forumunda deyib.

Onun sözlərinə görə, buna görə də anomal hallar baş verir:

"Azərbaycanda 1999- 2000- ci ildə 4 sel, daşqın olubsa, 2020-2021-ci ildə 50 belə hadisə oldu. 2023-cü ildə isə rəqəmlərdə rekord qeydə alınıb. Ötən il 147 sel daşqın hadisəsi müşahidə olundu. Bu da iqlim dəyişikliyinin yaratdığı fəsadların göstəricisidir", - U.Tağıyeva deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
325
8
axar.az

10Mənbələr