AZ

Daşqınlar iqlim dəyişikliyinin yaratdığı fəsadların göstəricisidir - Nazir müavini

Hökumətlərarası ekspert qrupunun son hesabatlarında iqlim dəyişikliyinin sürətlənməsinə diqqət yetirilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes” Forumunda deyib.

Onun sözlərinə görə, buna görə də anomal hallar baş verir:

"Azərbaycanda 1999- 2000- ci ildə dörd sel, daşqın olubsa, 2020-2021- ci ildə 50 belə hadisə oldu. 2023 cü ildə isə rəqəmlərdə rekord qeydə alınıb. Ötən il 147 sel daşqın hadisəsi müşahidə olundu. Bu da iqlim dəyişikliyinin yaratdığı fəsadların göstəricisidir", - U.Tağıyeva deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
315
9
bakivaxti.az

10Mənbələr