AZ

Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri görüşdü


Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova və Alen Simonyan Cenevrədə görüş keçirib, iki ölkənin qanunvericilik orqanlarının sülh prosesinə dəstəyini müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin (MM) mətbuat xidməti məlumat yayıb.
“Mayın 16-da Cenevrədə Parlament Sədrlərinin VI Ümumdünya Konfransının təşkilat komitəsinin birinci iclası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikinci görüşü keçirilib. Görüşdə Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı müzakirələr davam etdirilib”, - məlumatda deyilir.
Məlumata görə, görüş konstruktiv atmosferdə keçib.
“Tərəflər parlamentlər arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər", - mətbuat xidməti qeyd edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
220
39
yeniavaz.com

10Mənbələr