AZ

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər - YENİLƏNİB

Mayın 16-da Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikinci görüşü keçirilib.

Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclis məlumat verib.

Bildirilib ki, görüşdə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları fonunda iki ölkənin parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib.

“Görüş konstruktiv atmosferdə keçib. Tərəflər parlamentlər arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər”, - deyə açıqlamada bildirilib. 

11:04

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər.

Məlumata görə, Sahibə Qafarova və Alen Simonyan arasında görüş Cenevrədə keçirilib.

Görüş parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclası çərçivəsində baş tutub.

Qeyd edək ki, martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin ikitərəfli görüşü baş tutub.

(oxu.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
249
48
avtosfer.az

10Mənbələr