AZ

Sabunçuda və Zaqatalada yanğın baş verib

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün taxta atmaları, birinci mərtəbənin mətbəxi və ikinci mərtəbənin 2 otağının yanar konstruksiyaları 56 m² sahədə yanıb.

FHN mətbuat xidmətinin məlumatına görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Zaqatala rayonunun Gözbarax kəndində də yanğın olub. Ümumi sahəsi 170 m² olan birmərtəbəli 6 otaqlı evin dam örtüyü 170 m² sahədə və 3 otağının yanar konstruksiyaları 85 m² sahədə yanıb. Yanğın söndürülüb.

P.ƏMİRCANOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
5
xalqqazeti.az

10Mənbələr