AZ

Rusiya ordusu Ukraynada daha 1410 hərbçisini itirib

Rusiya ordusunun Ukraynada davam edən müharibə zamanı 1410 hərbçisi həlak olub.


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Bildirilir ki, bununla da Rusiyanın Ukraynadakı itkilərinin sayı 489 min 870 nəfərə yüksəlib.


Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 18 tank, 38 artilleriya sistemi və 14 zirehli döyüş maşınını məhv edib.

 


Daşqın Həsənov
Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
18
missiya.az

10Mənbələr