AZ

Tramp Baydenlə iki saatlıq debat keçirmək niyyətindədir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenlə qarşıdakı debatının iki saat davam etməsini istəyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Trampın radioaparıcı Hyu Huittə verdiyi müsahibəsinə istinadən məlumat yayıb.

Sabiq prezident qeyd edib ki, debat iştirakçıları eksklüziv olaraq ayaq üstə durmalıdırlar. Tramp Baydenlə debatının iki saat davam etməsini ideal hesab edib.

Bundan əvvəl Trampın Baydenə tamaşaçıların iştirakı ilə seçkiqabağı debat keçirməyi təklif etdiyi bildirilirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
50
nocomment.az

10Mənbələr