ABŞ prezidenti Co Bayden siyasi rəqibi Donald Trampı məğlubiyyəti ləyaqətlə qəbul edə bilməməkdə ittiham edib.
“İki sahil” xəbər verir ki, Amerika lideri bu barədə Atlantada tərəfdarları ilə görüşündə deyib.
ABŞ-da qarşıdan gələn prezident seçkiləri və Tramp haqqında danışan amerikalı lider əlavə edib: "Əslində təhlükə altında olan bizim demokratiyadır. Onun dediklərinə qulaq asın. Ondan məğlubiyyəti qəbul edib-etməyəcəyini soruşdular. O dedi ki, bu, vəziyyətdən asılıdır”.
Praymerizlərin (ilkin seçkilər) və kokusların (partiya fəallarının görüşləri) nəticələrinə əsasən, Tramp və Bayden noyabrın 5-də keçiriləcək seçkilərdə prezidentliyə namizəd olacaqlarına zəmanət alıblar. Trampın namizədliyi ABŞ Respublikaçılar Partiyasının iyulun 15-18-də Viskonsin ştatının Miluoki şəhərində keçiriləcək milli qurultayında təsdiqlənməlidir. Demokratların avqustun 19-22-də Çikaqoda keçiriləcək qurultayında isə Baydenin namizədliyininin təsdiqlənəcəyi gözlənilir.
Qeyd edək ki, C.Bayden ABŞ prezidenti kimi ikinci müddətə namizədliyini irəli sürür.
Məhərrəm Ağalaroğlu, “İki sahil”