AZ

YAP Xətai rayon təşkilatının Lütfüzadə 38 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib

Mayın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Lütfüzadə 38 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə müasir müstəqil, qalib Azərbaycanın uğurlarından, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının bu uğurlarda payından geniş bəhs edib. Bildirib ki, partiya yarandığı gündən ümumxalq partiyasına çevrilərək hər bir vədini konkret əməli ilə təsdiqləyir, qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə ölkəmizin daha da güclənməsinə, yeni-yeni hədəflərə yüksək səviyyədə nail olmasına öz töhfələrini verməyə səy göstərir. Bu gün qalib Azərbaycanın tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda atdığı addımlardan qürurla bəhs edirik. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-qurculuq işlərinin həyata keçirilməsi bir tərəfdən xalqımızın necə qurucu, öz torpağına sahib çıxan xalq olduğunu, digər tərəfdən isə iqtisadi imkanlarımızı təqdim edir. Ümumilikdə dövlətin siyasətində insan amili əsas yer tutur. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, məqsəd vətəndaş məmnunluğunun artırılmasıdır. İstər paytaxt Bakı, istərsə də digər bölgələrimiz sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, digər bölgələrimizin inkişafını da diqqətdə saxlayır, mütəmadi rayonlara səfər edir, ictimaiyyət nümayəndələri ilə görüşür.

Vüqar Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü günündə Füzuli və Laçın rayonlarına, Şuşa şəhərinə səfərlərinə yönəldərək bir səfər çərçivəsində görülən işlərin miqyasının nə qədər böyük olduğunu qeyd edib. Yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi hər bir hədəfə zamanında nail olduğmuzu nümayiş etdirir. Tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrdə doğma yurdlarına qayıdan sakinlərin sayının artması, onların yüksək yaşayışının təmin edilməsi xalqımıza böyük qürur hissi yaşadır. Bütün işlər müasir dövrün çağırışları əsasında həyata keçirilir ki, bu da Azərbaycanın yeniliyə, təkmilləşməyə daha çox maraq göstərməsindən irəli gəlir. Bu yenilik, təkmilləşmə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizin reallıqları fonunda partiyanın VII qurlutayında səsləndirdiyi bu fikirləri xatırlatmaq istərdik: "Hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq."

Tədbirdə çıxış edən partiya üzvü Günay Manafova Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan, sıralarının gunbəgün genişlənməsindən bəhs edib. Bunu Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisi kimi qeyd edib.

Sonra təşkilatı məsələyə baxılıb. Günay Manafova YAP Xətai rayon təşkilatının Lütfüzadə 38 ünvanı üzrə ərazi partiya təşkilatın sədri, İlahə İmanova isə sədr müavini seçiliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
198
50
olaylar.az

10Mənbələr