AZ

YAP Xətai rayon təşkilatının Lütfüzadə 38 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib

Bakı. Trend:

Mayın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayontəşkilatının Lütfüzadə 38 ünvanı üzrə ərazi partiya təşkilatındanövbəti görüş keçirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə müasirmüstəqil, qalib Azərbaycanın uğurlarından, ölkənin ictimai-siyasihəyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının buuğurlarda payından geniş bəhs edib. Bildirib ki, partiya yarandığıgündən ümumxalq partiyasına çevrilərək hər bir vədini konkret əməliilə təsdiqləyir, qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləriilə ölkəmizin daha da güclənməsinə, yeni-yeni hədəflərə yüksəksəviyyədə nail olmasına öz töhfələrini verməyə səy göstərir. Bu günqalib Azərbaycanın tarixi Zəfərimizin yaratdığı reallıqlar fonundaatdığı addımlardan qürurla bəhs edirik. İşğaldan azad edilmişərazilərimizdə genişmiqyaslı bərpa-qurculuq işlərinin həyatakeçirilməsi bir tərəfdən xalqımızın necə qurucu, öz torpağına sahibçıxan xalq olduğunu, digər tərəfdən isə iqtisadi imkanlarımızıtəqdim edir. Ümumilikdə dövlətin siyasətində insan amili əsas yertutur. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirirki, məqsəd vətəndaş məmnunluğunun artırılmasıdır. İstər paytaxtBakı, istərsə də digər bölgələrimiz sürətli inkişaf dövrünüyaşayır. Prezident İlham Əliyev işğaldan azad edilmişərazilərimizlə yanaşı, digər bölgələrimizin inkişafını da diqqətdəsaxlayır, mütəmadi rayonlara səfər edir, ictimaiyyət nümayəndələriilə görüşür.

Vüqar Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin və Birincixanım Mehriban Əliyevanın Ümummilli Liderin anadan olmasının 101-ciildönümü günündə Füzuli və Laçın rayonlarına, Şuşa şəhərinəsəfərlərinə yönəldərək bir səfər çərçivəsində görülən işlərinmiqyasının nə qədər böyük olduğunu qeyd edib. Yeni sosialobyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi hərbir hədəfə zamanında nail olduğmuzu nümayiş etdirir. TarixiZəfərimizdən ötən üç ildən artıq dövrdə doğma yurdlarına qayıdansakinlərin sayının artması, onların yüksək yaşayışının təminedilməsi xalqımıza böyük qürur hissi yaşadır. Bütün işlər müasirdövrün çağırışları əsasında həyata keçirilir ki, bu da Azərbaycanınyeniliyə, təkmilləşməyə daha çox maraq göstərməsindən irəli gəlir.Bu yenilik, təkmilləşmə Yeni Azərbaycan Partiyasının fəaliyyətininəsasını təşkil edir. Dövlət başçısı İlham Əliyevin tarixiZəfərimizin reallıqları fonunda partiyanın VII qurlutayındasəsləndirdiyi bu fikirləri xatırlatmaq istərdik: “Hər dövrün öztələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşayabilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır.Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənaraqoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı,imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturubbütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək,onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanıqabaqlamalıyıq.”

Tədbirdə çıxış edən partiya üzvü Günay Manafova Yeni AzərbaycanPartiyasının cəmiyyətdə artan nüfuzundan, sıralarının gunbəgüngenişlənməsindən bəhs edib. Bunu Ulu Öndər Heydər Əliyevinideyalarına sədaqətin, Prezident İlham Əliyevin siyasətinə inamıngöstəricisi kimi qeyd edib.

Sonra təşkilatı məsələyə baxılıb. Günay Manafova YAP Xətai rayontəşkilatının Lütfüzadə 38 ünvanı üzrə ərazi partiya təşkilatınsədri, İlahə İmanova isə sədr müavini seçiliblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
216
50
az.trend.az

10Mənbələr