AZ

"Mançester Siti" ÇL-yə buraxılmaya bilər

"Mançester Siti" və "Jirona" Çempionlar Liqasının növbəti mövsümündə eyni vaxtda oynamaya bilər.

Offsideplus.az xəbər verir ki, UEFA "Siti"nin sahiblərindən hər ikisi əsas avrokubok turnirində iştirak etmək istəsə, Kataloniya klubundakı paylarının bir hissəsini satmağı xahiş edib. Bu baş verməsə, İspaniya klubu ancaq Avropa Liqasında çıxış edə biləcək.

"Man Sity"nin sahibi olan "City Football Group" (CFG) da "Jirona"da 47% paya sahibdir. Klublar Çempionlar Liqasına çıxışı təmin ediblər, lakin hər iki komandanın iştirak etməsi üçün klublardan birində mülkiyyət payının 30%-dən az olması lazımdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
168
1
offsideplus.az

8Mənbələr