AZ

UEFA şərt qoydu: "M.S" və "Jirona" birlikdə ÇL-də oynaya bilməz

UEFA hər iki klubun Çempionlar Liqasının növbəti mövsümündə iştirak edə bilməsi üçün "Mançester Siti"nin sahiblərindən "Jirona"dakı paylarının bir hissəsini satmağı tələb edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" yazıb.

"City Football Group" "Mançester Siti"nin 100%-nə və "Jirona"nın isə 47%-nə sahibdir. Hər iki komanda artıq növbəti Çempionlar Liqası turnirində iştirakını təmin edib, lakin sahiblər onlardan birində payını 30%-dən aşağı salmalıdır. Bu edilməsə, İspaniya klubu bir turnir aşağı düşərək, Avropa Liqasında oynaya bilər.

UEFA-nın növbəti mövsümdə keçiriləcək Avropa yarışları üçün bir neçə kluba sahiblik qaydaları bu həftə klublara göndərilib.

İngiltərə çempionatının sonuna bir tur qalmış turnir cədvəlinə "Mançester Siti" başçılıq edir. Ötən il Çempionlar Liqasını qazanan Pep Qvardiolanın yetirmələri bu mövsüm titulunu qoruya bilməyib. "Real Madrid"in vaxtından əvvəl çempionluğa imza atdığı İspaniya çempionatında isə "Jirona" üçüncü yerdədir.

Aydın

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
1
qaynarinfo.az

8Mənbələr