AZ

“Mançester Siti” “Tottenhem”i məğlub edərək, liderliyə yüksəlib

“Mançester Siti” “Tottenhem”i məğlub edərək, liderliyə yüksəlib



 10:18 15.05.2024     199

İngiltərə Premyer Liqasının XXXVII turunda “Mançester Siti” London təmsilçisi “Tottenhem”dən güclü olub.

Demedia.az-ın məlumatına görə, Böyük Britaniyanın paytaxtında, "Tottenhem Hotspur" stadionunda baş tutan görüş Xosep Qvardiolanın komandasının inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.

Bu qələbədən sonra “şəhərlilər” 88 xalla ən yaxın izləyicisi London “Arsenal”ını 2 xal qabaqlamaqla turnir cədvəlinə başçılıq edir. "Tottenhem" 63 xalla 5-ci pillədə qalıb və Çempionlar Liqasına vəsiqə şansını itirib.

Son turda “Mançester Siti” Londonun “Vest Hem” komandası ilə qarşılaşacaq. Oyun mayın 19-da Mançesterdə keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
259
3
demedia.az

10Mənbələr