AZ

“Mançester Siti” “Tottenhem”i məğlub etdi - liderliyə yüksəldi

İngiltərə Premyer Liqasının XXXVII turunun matçında “Mançester Siti” Londonun “Tottenhem”indən güclü olub.

Bakıvaxtı.az xəbər verir ki, Böyük Britaniyanın paytaxtında, "Tottenhem Hotspur" stadionunda baş tutan görüş Xosep Qvardiolanın rəhbərlik etdiyi komandanın 2:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Bu qələbədən sonra “şəhərlilər” 88 xal toplayaraq ən yaxın izləyici London “Arsenal”ını iki xal qabaqlamaqla İngiltərə çempionatının turnir cədvəlində birinci yeri təmin ediblər. "Tottenhem" 63 xalla 5-ci pillədə qalıb və Çempionlar Liqasına vəsiqə şansını itirib.

Son turda “Mançester Siti” Londonun “Vest Hem” komandası ilə qarşılaşacaq. Oyun mayın 19-da Mançesterdə keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
217
3
bakivaxti.az

10Mənbələr