AZ

Rusiyalılar Türkiyəyə axışır: Tur satışları ikiqat artıb

Rusiya turoperatorları Türkiyəyə yay turlarının satışında ötən illə müqayisədə 50-100 faiz artım qeyd edirlər.

Musavat.com İnterfaksa istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Səyahət Sənayesi İttifaqı (RST) açıqlayıb.

Məlumatdan aydın olur ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə tələbat ümumilikdə 60 faiz artıb. PCT FUN&SUN turoperatorunun mətbuat xidmətinin məlumatına görə, tur satışlarında Türkiyənin payı 67 faizə çatır. Rusiya və Abxaziyaya satışlar 18 faiz, BƏƏ – 6 faiz, Misir – 5 faiz, digər istiqamətlər – 4 faiz təşkil edir.

Şirkət qeyd edir ki, Türkiyəyə tələbatın pik həddi ənənəvi olaraq mayın ortaları və iyun-avqust aylarına təsadüf edir: “Biz 18 şəhərdən Türkiyəyə uçuş proqramlarını planlaşdırmışıq. Uçuşlar həm Antalyaya, həm də Egey sahilinə – Moskva və Mineralnıye Vodıdan, Dalamana – Moskva və Sankt-Peterburqdan həyata keçirilir”.

Sletat.ru şirkətlər qrupunun məlumatına görə, yay mövsümü üçün Türkiyəyə tur sifarişlərinin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 100 faiz çoxdur. Turistlər Alanya (24 faiz), Kəmər (23 faiz), Side (17 faiz), Belek (10 faiz), Antalya (5 faiz), Marmaris (4 faiz), Fethiye (2,5 faiz), Bodruma (2,3 faiz) getməyi planlaşdırırlar.

“Russian Express” şirkəti də Türkiyədə yay aylarında satışlarda yaxşı artım olduğunu qeyd edir – keçən illə müqayisədə təxminən 50 faiz.

Qeyd edək ki, 2023-cü ildə Türkiyəyə 6,3 milyondan çox rusiyalı turist gəlib ki, bu da bir il əvvəlkindən 20 faiz çoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
28
tribunainfo.az

10Mənbələr