AZ

Ümumi ticarət dövriyyəsində Bolqarıstanla ticarətin payı artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Bolqarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 3,9 dəfə və ya 113,7 milyon ABŞ dolları artaraq 153 milyon dolları üstələyib.

Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk rübündə Azərbaycandan Bolqarıstana 145,9 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin eyni göstəricisindən 4,5 dəfə və ya 113,7 milyon dollar çoxdur.

Bolqarıstandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 1 faiz və ya 73,2 min dollar azalaraq 7 milyon dollar təşkil edib.

2024-cü ilin yanvar-mart aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstanla ticarətin payı 1,58 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 1,25 faiz bəndi çoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
259
28
vergiler.az

10Mənbələr