Braziliyada güclü daşqınlar nəticəsində ölənlərin sayı artıb.
Moderator.az RIA Novosti -yə istinadən xəbər verir ki, məlumata görə, hazırda ölənlərin sayı 147-yə çatıb. İtkin düşənlərin sayının isə 127 olduğu bildirilir.
Qeyd edək ki, ümumilikdə 1 742 969 nəfər daşqınlardan zərər çəkib, 734 nəfər yaralanıb.