AZ

Ölkədə rəsmən FƏLAKƏT yaşanır: Ölənlərin sayı 144-ə çatdı - 125 nəfər itkin düşüb

Braziliyada güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 144-ə yüksəlib, 125 nəfər itkin düşüb. Avropa.info xəbər verir ki, Cənubdakı Rio Qrande-du-Sul əyalətində ötən həftədən bəri yağan güclü yağışlar nəticəsində baş verən daşqınlar nəticəsində ölənlərin sayı artır. Ştatın mülki müdafiə bəyanatında ölənlərin sayının 137, itkin düşənlərin sayının isə 125 olduğu bildirilib. Yaralıların sayı 800 nəfərə çatıb. Daşqınlardan 2,1 milyondan çox insan zərər çəkib, 620 mindən çox insan isə köçmək məcburiyyətində qalıb. Rio Qrande-du-Sul ştatının qubernatoru Eduardo Leite mayın 3-də bildirib ki, hələ də xilasedicilərin çata bilmədiyi ərazilər var: “Biz çox müstəsna bir vəziyyət yaşayırıq. Bu, kritik hadisə deyil, dövlət tarixindəki ən dağıdıcı hadisədir”. Leite bildirib ki, faciənin miqyasına görə ştat 180 gün ərzində “təbii fəlakət vəziyyəti” elan edib və insanların təxliyəsi üçün böyük işlər görülür. İki dəfə təbii fəlakətdən əziyyət çəkən bölgələrə səfər edən Braziliya prezidenti Luiz İnasio Lula da Silva bölgənin yenidən canlanacağına əminliyini ifadə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
301
12
avropa.info

10Mənbələr