AZ

İllərini “Qəbələ”yə verdi, bir də gözünü açıb gördü ki…

Asif Məmmədov kapitanı olduğu “Qəbələ”də 250-ci oyununu keçirib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqasının 34-cü turuna təsadüf edib. O, “Sabah”la ev matçında (2:0) meydana sonradan daxil olub.

Asif “Qəbələ” formasında keçirdiyi 250 oyunda 17 qol vurub. O, Premyer Liqada 195 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.

Məmmədov “Qəbələ”nin tarixinə 250 və daha çox oyun keçirən ikinci futbolçudur. Urfan Abbasovun hesabında 303 matç var.

Asif “Qəbələ”nin heyətində 2007-ci il fevralın 12-də debüt edib. O, “İnter”lə səfər matçında (0:2) şans qazanıb.

2015-ci ilin yayından “Qəbələ”də çıxış edən yarımmüdafiəçi 2006/07 mövsümünün ikinci yarısında da “qırmızı-qaralar”ın formasını geyinib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
162
1
sportinfo.az

9Mənbələr