AZ

“Qəbələ”də 250-ci oyun

Asif Məmmədov “Qəbələ”də 250-ci oyununu keçirib.



Komanda.az xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın 34-cü turuna təsadüf edib.



Komandanın kapitanı “Sabah”la ev matçında (2:0) meydana sonradan daxil olub.



Asif “Qəbələ” formasında keçirdiyi 250 oyunda 17 qol vurub. O, Premyer Liqada 195 matçda 13, Azərbaycan kubokunda 31 görüşdə 3, avrokubokların 24 qarşılaşmasında 1 dəfə fərqlənib.



Məmmədov “Qəbələ”nin tarixinə 250 və daha çox oyun keçirən ikinci futbolçudur. Urfan Abbasovun hesabında 303 matç var.



Asif “Qəbələ”nin heyətində 2007-ci il fevralın 12-də debüt edib. O, “İnter”lə səfər matçında (0:2) şans qazanıb.



2015-ci ilin yayından “Qəbələ”də çıxış edən yarımmüdafiəçi 2006/07 mövsümünün ikinci yarısında da “qırmızı-qaralar”ın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərAsif Məmmədov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
185
7
komanda.az

9Mənbələr