AZ

Ceyhun Bayramov Kuleba ilə danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.

Bu barədə ukraynalı diplomat sosial şəbəkədə məlumat verib.

\"Telefon danışığımız zamanı Ceyhun Bayramovla Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd etdik. Azərbaycana humanitar yardıma görə təşəkkür etdim. Həmkarımı Rusiyanın Ukraynanın mülki və enerji infrastrukturuna zərbələri barədə də məlumatlandırdım. Biz gələcək ikitərəfli təmasları əlaqələndirdik”, - deyə o yazıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
219
13
azxeber.com

10Mənbələr