AZ

Ceyhun Bayramov Ukrayna XİN başçısı ilə telefonda danışdı: "Gələcək ikitərəfli təmasları əlaqələndirdik”

Bu gün Xarici işlər naziri Ceyhun Bayramovla ukraynalı həmkarı Dmitro Kuleba arasında telefon danışığı olub.

Bu barədə ukraynalı diplomat sosial şəbəkədə paylaşım edib: “Telefon danışığımız zamanı Ceyhun Bayramovla Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd etdik. Azərbaycana humanitar yardıma görə təşəkkür etdim. Həmkarımı Rusiyanın Ukraynanın mülki və enerji infrastrukturuna zərbələri barədə də bilgiləndirdim. Biz gələcək ikitərəfli təmasları əlaqələndirdik”/Report

MİA.AZ

Seçilən
220
13
mia.az

10Mənbələr