AZ

“Xarici agentlər haqqında” qanun sabah qəbul ediləcək - Kobaxidze

“Sabah keçiriləcək plenar iclasda Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanunu üçüncü və yekun oxunuşda qəbul edəcək”.

Bizim.Media xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə bildirib.

“Sabah Gürcüstan parlamenti Gürcüstan əhalisinin əksəriyyətinin rasional iradəsinə uyğun hərəkət edəcək və üçüncü oxunuşda “Xarici agentlər haqqında” qanunu qəbul edəcək ki, bu da qütbləşmənin aradan qaldırılmasında həlledici rol oynayacaq”, - Gürcüstan hökumətinin başçısı bildirib.

Baş nazir həmçinin etirazçıları qanunu pozmaqdan və zorakılıqdan çəkinməyə çağırıb. Eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşlarına nümayişçilərin hər hansı zorakılıq təzahürünə maksimum səbirlə cavab verməyi tapşırıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
6
bizim.media

6Mənbələr