AZ

“Xarici agentlər haqqında” qanunun yekun qəbulunun tarixini açıqladı

Mayın 14-də keçiriləcək plenar iclasda Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanunu üçüncü və yekun oxunuşda qəbul edəcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze deyib.

“Sabah Gürcüstan parlamenti Gürcüstan əhalisinin əksəriyyətinin rasional iradəsinə uyğun hərəkət edəcək və üçüncü oxunuşda “Xarici agentlər haqqında” qanunu qəbul edəcək ki, bu da qütbləşmənin aradan qaldırılmasında həlledici rol oynayacaq”, - Gürcüstan hökumətinin başçısı bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
6
qafqazinfo.az

6Mənbələr