AZ

XOCALI TEZLİKLƏ 50 AİLƏYƏ QUCAQ AÇACAQ

Artıq düz 32 ildən sonra Xocalıya yeni həyat qayıdır...

Yaxın günlərdə Xocalı şəhərinə 50 ailənin köçürülməsi nəzərdə tutulur. Bunu "Təzadlar"ın informasiya  sorğusuna cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev deyib. İ.Mirzəyevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Sitat: "Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası çərçivəsində Xocalı şəhəri yenidən salınır. Yaxın günlərdə şəhərdə bərpa edilmiş və yenidən tikilmiş fərdi yaşayış evlərinə 50 ailənin köçürülməsi nəzərdə tutulur".

Xocalıya qayıdış erməni vandalizminə ən tutarlı cavabdır...

A.Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
437
11
tezadlar.az

10Mənbələr