AZ

Xocalıya köç başlayır - RƏSMİ

“Yaxın günlərdə Xocalı şəhərinə 50 ailənin köçürülməsi nəzərdə tutulur”.

News24.az xəbər verir ki, bu barədə “Report”a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.

"Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası çərçivəsində Xocalı şəhəri yenidən salınır. Yaxın günlərdə şəhərdə bərpa edilmiş və yenidən tikilmiş fərdi yaşayış evlərinə 50 ailənin köçürülməsi nəzərdə tutulur", - İ.Mirzəyev qeyd edib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
380
45
news24.az

10Mənbələr