AZ

“SoftBank” ili $1.5 mlrd. zərərlə başa vurub

Yaponiyanın “SoftBank” telekommunikasiya holdinqi martın 31-də başa çatan maliyyə ili üçün 227.6 milyard yen (1.46 milyard dollar) xalis zərər alıb. Bu, şirkətin 99.3 milyard yen qazanc əldə edəcəyini gözləyən “Visible Alpha” tərəfindən sorğu edilən analitiklərin konsensus proqnozundan xeyli pisdir. Buna baxmayaraq, holdinq əvvəlki illə müqayisədə zərərini 4 dəfə azaltmağa nail olub.

Maliyyə ilinin son rübündə “SoftBank” 231 milyard yen (1.5 milyard dollar) mənfəət əldə edib. Beləliklə, şirkət uzun müddət davam edən maliyyə itkilərindən sonra ardıcıl ikinci rüb də gəlirliliyini qoruyub.

Holdinqin “Vision Fund” investisiya fondları vasitəsilə investisiya etdiyi texnoloji şirkətlərin səhmlərinin qiymətlərinin artması sayəsində “SoftBank”ın maliyyə nəticələri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Bu biznes “SoftBank”a əvvəlki maliyyə ilində 4.3 trilyon yen (27.7 milyard dollar) zərərə qarşı il ərzində 128.2 milyard yen (827 milyon dollar) məbləğində mənfəət gətirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
114
49
banker.az

10Mənbələr