AZ

Sloveniya Qəzzaya 2,5 milyon avro humanitar yardım ayıracaq

Bakı. TurkicWorld:

Sloveniya hökuməti Qəzza zolağının sakinləri üçün humanitar yardım kimi 2,5 milyon avro ayıracaq.

TurkicWorld-in məlumatına görə, bu barədə Sloveniya hökümətinin saytında dərc olunan məlumatda bildirilib.

"Sloveniya hökuməti Fələstin xalqına təcili humanitar yardım göstərmək üçün Birləşmiş Millətlər Təşkilatının müxtəlif proqramları vasitəsilə əlavə iki yarım milyon avro ayırmağa qərar verib", - deyə Sloveniyanın Baş naziri Robert Qolob qeyd edib.

Məlumata əsasən, o, Qəzza zolağının əhalisinə humanitar yardım göstərmək məqsədilə İordaniyada keçirilən yüksək səviyyəli beynəlxalq konfransda iştirak edir.

Sloveniya Mətbuat Agentliyi qeyd edib ki, ölkə hakimiyyəti BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) 1 milyon avro ayıracaq. Daha 1 milyon BMT-nin Ümumdünya Ərzaq Proqramına, 500 min avro isə Yaxın Şərq münaqişə zonasında humanitar proqramlarda iştirak edən Sloveniya təşkilatlarına ayrılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
3
turkic.world

10Mənbələr